Bank Of Baku

Azərbaycan Dillər Universitetində “Boloniya prinsiplərinin tətbiqi təcrübəsi” mövzusunda iki günlük respublika elmi konfransı keçirilir - FOTO

Azərbaycan Dillər Universitetində “Boloniya prinsiplərinin tətbiqi təcrübəsi” mövzusunda iki günlük respublika elmi konfransı keçirilir - <font color=red>FOTO</font>
# 14 dekabr 2010 09:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Dillər Universitetində (ADU) “Boloniya prinsiplərinin tətbiqi təcrübəsi” mövzusunda iki günlük respublika elmi konfransı öz işinə başlayıb.

APA-nın məlumatına görə, ADU-nun rektoru Səməd Seyidov deyib ki, Azərbaycan təhsil sistemi Avropa dəyərlərinə inteqrasiya mövqeyi tutub və bu səbəbdən də 2005-ci ildə Azərbaycanın təhsil naziri “Boloniya deklarasiyası”nı imzalayıb: “Bu o deməkdir ki, Avropanın təhsil sisteminin ən mütərəqqi məqamları Azərbaycanın təhsil sistemində məsələlər ölkəyə gətirilməlidir”.

S. Seyidov bildirib ki, Boloniya sistemi özündə müsbət məqamlarla yanaşı, mənfi amilləri də ehtiva edir: “Hər bir sistemi Azərbaycanda pərakəndə şəkildə tətbiq etmək olmaz. Bu, təşkil olunmuş, elmi əsaslara və şəraitə uyğun şəkildə edilməlidir”. Rektor ADU-nun Azərbaycanda ilk olaraq tam şəkildə Boloniya sisteminə keçən ali məktəb olduğunu da qeyd edib: “Bizdə artıq bu sistemlə universiteti bitirən tələbələr var. Bu mənada biz daha yaxşı bu sistemə bələdik”.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) direktoru Abdulla Mehrabov, Bakı Pedaqoji kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun rektoru Asəf Zamanov Boloniya sistemi, Azərbaycanın təhsil sistemində islahatlar mövzusunda danışıblar. Bundan sonra tədbir ekspertlərin məruzələri ilə davam etdirilib. ADU-nun professoru Natiq Yusifov “Müəllim hazırlığı Boloniya prosesi kontekstində”, ARTPİ-nin əməkdaşı Fəridə Hüseynova “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi”, ADU-nun professoru Məsməxanım Qazıyeva “Ali təhsil müəssisələrində informasiya – kommunikasiya texnologiyalarından istifadə” mövzusunda məruzə ediblər. ADU-nun professoru Dünyamin Yunusov konfransın strukturu və gedişi haqqında məlumat verib.

Sonra konfrans “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili” və “Ali məktəblərin cəmiyyətdə rolu və keyfiyyəti təmin olunması” bölmələrində çıxışlar və fikir mübadilələri ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR