Bank Of Baku

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə işlərin hazırlanması mövzusuna həsr olunmuş konfrans keçirilib

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə işlərin hazırlanması mövzusuna həsr olunmuş konfrans keçirilib
# 14 dekabr 2010 10:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə işlərin hazırlanması” adlı layihəsi çərçivəsində konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbir Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin təşkilatçılığı ilə baş tutub. Konfransda çıxış edən ictimai birliyin sədri Faiq İsmayılov ermənilər tərəfindən zəbt olunan Azərbaycan torpaqlarının tarixindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnistutunun “Qarabağ” şöbəsinin müdiri Qasım Hacıyev isə işğal olunmuş Azərbaycan torpaqlarının tarixinin və toponimlərinin təhrifinə dair erməni vandalizmindən danışıb: “Ermənilər millət yox, bir toplumdurlar. Onlar Azərbaycana sonradan köçürülüblər. Lakin indi Azərbaycan torpaqlarına göz dikiblər”.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnistutunun “Soyqırım” şöbəsinin əməkdaşı Vaqif Abışov isə müxtəlif illərdə məqsədli şəkildə ermənilər tərəfindən türklərə qarşı törədilən soyqırımlarından danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR