Bank Of Baku

Yardımlıda meşə yanğını olub

Yardımlıda meşə yanğını olub
# 14 dekabr 2010 10:40 (UTC +04:00)
Bakı – APA. Dekabrın 13-ü saat 07.00 radələrində Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, ilkin ehtimala görə yanğının səbəbi ovçuların və ya çobanların odla ehtiyatsızlığıdır.

Yanğın saat 16.00 radələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumları və əhalinin iştirakı ilə tam söndürülüb.

Ümumilikdə, 5 hektar ərazini əhatə etmiş yanğın zamanı yalnız xəzəl və ot örtüyü yanıb.

ETSN bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələri qorumağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR