Bank Of Baku

“Mədh kilsəsi” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı apellyasiya şikayəti təmin olunmayıb

“Mədh kilsəsi” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı apellyasiya şikayəti təmin olunmayıb
# 14 dekabr 2010 10:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda fəaliyyət göstərən “Mədh kilsəsi” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, dini icma komitəyə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayət ərizəsi ilə əvvəlcə Səbail rayon Məhkəməsinə müraciət edib. İddiada icmanın təkrar dövlət qeydiyyatından keçmək üçün komitəyə müraciət etdiyi, komitənin isə icmanı qeydiyyata almaqdan imtina etdiyi bildirilib.

Üzvləri protestant olan icma 1999-cu ildə Azərbaycan Ədliyyə Nazirliyi, 2002-ci ildə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edildikdən sonra ölkədə fəaliyyət göstərən dini icmaların təkrar qeydiyyatına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR