Bank Of Baku

Mingəçevirdə insan alveri ilə mübarizəyə dair seminar keçirilir

Mingəçevirdə insan alveri ilə mübarizəyə dair seminar keçirilir
# 14 dekabr 2010 11:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Mingəçevirdə vəzifəli şəxslər üçün insan alveri ilə mübarizəyə dair seminar keçirilir. APA-nın məlumatına görə, seminar ATƏT-in Bakı Ofisi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. İki gün davam edəcək seminarda hüquq-mühafizə orqanlarının regional rəhbərlərinin insan alverçilərinin məhkəmə təqibində, insan alveri qurbanlarının aşkara çıxarılması və müdafiəsində, vətəndaş cəmiyyəti ilə əməkdaşlığında rolu müzakirə olunacaq. Seminarda Mingəçevir və yaxın regionların hüquq-mühafizə orqanlarının, məhkəmə orqanlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR