Bank Of Baku

Qarabağ əlilləri üçün inşa olunmuş fərdi evlər istifadəyə verilib

Qarabağ əlilləri üçün inşa olunmuş fərdi evlər istifadəyə verilib
# 14 dekabr 2010 12:01 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş 5 fərdi ev bu gün istifadəyə verilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, yeni mənzillərin açarları Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Hüseyn Rəhimov tərəfindən sahiblərinə təqdim edilib. H. Rəhimov APA-ya bildirib ki, bu il Bərdə rayonunda 18 belə fərd evin inşasına başlanıb. 13 evdə tamamlama işləri aparılır. İlin sonunadək bu mənzillərdə də yaşayışa başlanacaq.
Ağdam rayonunun ayrı-ayrı yaşayış məntəqələrində inşa edilmiş 3 ev də bu gün Qarabağ müharibəsi əlililərinin istifadəsinə verilib. Sabah isə Tərtər rayonunda 5 evin açarları sahiblərinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR