Bank Of Baku

“Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsinin nəticələri açıqlanıb - FOTO

“Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsinin nəticələri açıqlanıb - <font color=red>FOTO</font>
# 14 dekabr 2010 13:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirliklərinin, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Minillik Layihəsinin Azərbaycan bölməsinin təşkilatçılığı ilə keçirilən “Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov deyib ki, inşa yazıları Minillik Layihəsinin 15 qlobal çağırışına uyğun 15 mövzunu əhatə edib. Müsabiqədə 657 şagird, 423 tələbə iştirak edib. Müsabiqənin münsiflər heyəti tərəfindən tələbə və şagirdlərdən 58 finalçı seçilib. Onların 37-si şagird, 21-i tələbədir.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR