Bank Of Baku

“2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” təsdiqlənib

“2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” təsdiqlənib
# 14 dekabr 2010 13:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Proqramın preambulasında qeyd olunur ki, Azərbaycanda 2006-2010-cu illəri əhatə edən "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirildiyi dövrdə təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artıb. Bununla belə, irsi qan xəstəliyi olan şəxslərin, aparılan mürəkkəb cərrahi əməliyyatların sayının artması qan və onun komponentlərinə olan tələbatı artırıb.
Proqramda idarə və təşkilatlarda donorluq aksiyalarının təşkil edilməsi, qan və qan komponentlərinin tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanması, qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, səyyar şəraitdə qan tədarükünün həyata keçirilməsi məqsədilə Mərkəzi Qan Bankının xüsusiləşdirilmiş avtonəqliyyatla təmin edilməsi, regional qan banklarının (Şəki, Quba, Lənkəran) fəaliyyətinin gücləndirilməsi, kadr hazırlığı və s. məsələlər yer alıb. Proqramda Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin qarşısına təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qanın komponentləri ilə təminatı üçün lazımi ehtiyatların yaradılması (qan torbaları, müvafiq reaktivlər, qanəvəzedicilər, qanköçürmə sistemləri və s.) tapşırığı qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR