Bank Of Baku

BMT Cənubi Qafqaz bağlarına həsr olunmuş kitab nəşr edib

BMT Cənubi Qafqaz bağlarına həsr olunmuş kitab nəşr edib
# 14 dekabr 2010 14:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bir çox ərzaq məhsullarının vətəni olan Cənubi Qafqazın zəngin kənd təsərrüfatına həsr olunmuş “Biomüxtəliflik bağları” adlı kitab nəşr edib. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, kitabın nəşri haqqında məlumatda deyilir ki, müasir Azərbaycan, Gürcüstan və Ermənistan əraziləri on min il öncə kənd təsərrüfatının yarandığı regionlardan biridir. Bu gün dünyanın bütün guşələrində masalarda olan taxıl və üzümün vətəni məhz bu bölgədir. Cənubi Qafqaz alma, ərik, nar, armud və noxudun da vətənidir.

Kitabda genetik resurslar, kənd həyatı və ənənəvi qidalara dair yüzlərlə foto əks olunub. Kitabda 7 dildə 400 biblioqrafik mənbə göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR