Bank Of Baku

Ədliyyə Nazirliyinin idarə rəisi: “Bəzi şəxslər QHT-ni yaradır, qrantı alır, xərcləyir, sonra da həmin təşkilatı bağlayırlar”

Ədliyyə Nazirliyinin idarə rəisi: “Bəzi şəxslər QHT-ni yaradır, qrantı alır, xərcləyir, sonra da həmin təşkilatı bağlayırlar”
# 14 dekabr 2010 14:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Ədliyyə nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov məlumat verib.

O bildirib ki, bir sıra QHT-lərin fəaliyyətini öyrənmək, həmin təşkilatlar haqqında məlumat almaq mümkün deyil: “Aydınlaşdıranda məlum olur ki, onlar faktiki yoxdurlar. Yəni, kağız üzərində var, qrant alıblar, qrantı xərclədikdən sonra bütün fəaliyyətlərini dayandırıblar. Deməli, burada əsas məqsəd fəaliyyət göstərmək, vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək üçün səylər göstərmək olmayıb, yalnız qrant alıb xərcləmək olub. Təəssüf ki, belə hallar var”.

Ədliyyə Nazirliyində qrantlarla bağlı qeydiyyat aparıldığını deyən İ. Məmmədov QHT-lərə verilən qrantların həcminin ilbəil artdığını bildirib: “Bu il Ədliyyə Nazirliyində ölkədəki QHT-lərə təxminən 22,5 milyon manat qrant verilməsinin qeydiyyatı aparılıb. Ancaq elə təşkilatlar var ki, qrant barədə məlumatları təqdim etmirlər. Biz bu sahədə tədbirlər görürük ki, QHT-lərin hamısı qrantlar barədə məlumat verməyə cəlb olunsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR