Bank Of Baku

Azərbaycanda insan alveri ilə mübarizə mövzusunda seminar keçirilir - FOTO

Azərbaycanda insan alveri ilə mübarizə mövzusunda seminar keçirilir - <font color=red>FOTO</font>
# 15 dekabr 2010 07:21 (UTC +04:00)
APA-nın məlumatına görə, seminarda Avropa Şurasının nümayəndələri, Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak edir.

Tədbiri giriş sözü ilə açan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev Azərbaycanın insan alverinə qarşı mübarizədə Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini deyib. C. Şıxəliyev bu gün beynəlxalq aləmi narahat edən məsələlərdən birinin məcburi əmək olduğunu bildirib.

Seminarda çıxış edən AŞ baş katibliyinin nümayəndəsi Danuta Visnievska bu gün dünyada insan alverinə qarşı ciddi mübarizə aparıldığını söyləyib: “Otuzdan çox ölkə insan alverinə qarşı mübarizə məqsədilə hazırlanmış beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan da bu ölkələr sırasındadır”. D. Visnievska Azərbaycandan insan alverində tranzit ölkə kimi istifadə olunduğunu da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR