Bank Of Baku

Dağıstanda Azərbaycan Gəncləri Günləri keçiriləcək

Dağıstanda Azərbaycan Gəncləri Günləri keçiriləcək
# 15 dekabr 2010 08:17 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Gənclər siyasəti üzrə Komitəsinin dəvəti ilə gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Dağıstana səfər edəcək. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 16-da gerçəkləşəcək səfərin əsas məqsədi Dağıstanda keçirilməsi planlaşdırılan Azərbaycan Gəncləri Günlərində iştirak etməkdir.

Səfər GİN və Dağıstan Respublikası Gənclər siyasəti üzrə Komitəsi arasında imzalanmış əməkdaşlıq üzrə niyyət protokoluna əsasən baş tutacaq. Dərbənd şəhərində baş tutacaq tədbirin proqramına əsasən nümayəndə heyətinin sərhəddə salamlanması, gənc rəssamların sərgisi, dəyirmi masa, Dərbənd şəhər və eyni adlı rayon administrasiyasında görüş, Azərbaycan və Dağıstan yaradıcı gənclərinin iştirakı ilə birgə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Səfər dekabrın 18-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR