Bank Of Baku

Azərbaycan ərazisində yağmursuz hava şəraiti proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 15 dekabr 2010 08:20 (UTC +04:00)
Axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 15-18, axşam 10-12 dərəcə isti olacaq.

Dekabrın 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 8-11, gündüz 13-16 dərəcə isti olacaq.

Dekabrın 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 8-11, gündüz 13-15 dərəcə isti olacaq.

Dekabrın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 9-11, gündüz 15-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 16-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 16-19 isti, dağlarda gecə 0-4, gündüz 12-17 dərəcə isti olacaq.

Dekabrın 17-18-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, dağlıq və dağətəyi rayonlarda çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10, gündüz 15-19, dağlarda gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR