Bank Of Baku

ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri BAMF-də olub - FOTO

ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri BAMF-də olub - <font color=red>FOTO</font>
# 15 dekabr 2010 08:38 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Brigette Buchet Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. BAMF-nin informasiya
Departamentindən APA-ya verilən məlumata görə, B. Buchet BAMF sədri Umud Rəhimoğlu və qurumun departament rəhbərləri ilə görüşüb.
U. Rəhimoğlu və BAMF departament rəhbərinin bu yaxınlarda ABŞ-a gerçəkləşən səfəri ilə bağlı müzakirələr aparılıb. B. Buchetə BAMF-nin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Görüşdə ABŞ səfirliyi ilə gələcəkdə daha səmərəli və yaxından əməkdaşlığı barədə də müzakirə aparılıb.
Xatırladaq ki, BAMF ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvüdür və qurumun dəstəyi ilə Azərbaycanda bir çox layihələr həyata keçirib. Hazırda BAMF ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramı çərçivəsində “Tərtər rayonunda mina qurbanları və müharibədən zərərçəkənlər üçün Regional Peşə Təlimi Mərkəzi yaradılması” layihəsini həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR