Bank Of Baku

Qənirə Paşayeva BMT-nin keçmiş baş katibi ilə görüşüb - FOTOSESSİYA

Qənirə Paşayeva BMT-nin keçmiş baş katibi ilə görüşüb - <font color=red>FOTOSESSİYA</font>
# 15 dekabr 2010 09:30 (UTC +04:00)
Bakı-APA. Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum” da iştirak edən millət vəkili Qənirə Paşayeva forum çərçivəsində Belçika şahzadəsi Matilda, BMT-nin keçmiş baş katibi Butros Qali ilə görüşüb. APA-nın xəbərinə görə, Q. Paşayeva, həmçinin ABŞ Dövlət Departamentindən Ümumdünya Qadın Məsələləri üzrə səfir Melanne Verver, CNN-televiziyasının məşhur simalarından biri, jurnalist Jim Clansy, Misir parlamentinin senatoru, dünyanın ən qədim kitabxanası olan İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldi, tanınmış prodüser və musiqiçi Dillon Justin ilə də bir araya gəlib.
Görüşlər zamanı Azərbaycanla bağlı məlumatlar verilib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Jim Clansyni və Dillon Justini Azərbaycana dəvət edib.

Qeyd edək ki, öz işini başa çatdıran «İnsan alverinə qarşı Beynəlxalq Forum” a dünyanın bir sıra nüfuzlu siyasi və ictimai xadimləri, qeyri-hökumət təşkilatları rəhbərləri, iş adamları, dünyaca məşhur sənətçilər və jurnalistlər qatılıb. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsi olan beynəlxalq forum Misirin birinci xanımı Suzan Mübarək ilə BMT-nin rəsmilərinin rəhbərliyi ilə keçirilib. Forum Palermo Konvensiyasının 10 illiyinə həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR