Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Hökumət qəbul planını təsdiqləyən kimi doktoranturaya qəbul başlayacaq”

Azərbaycanın təhsil naziri: “Hökumət qəbul planını təsdiqləyən kimi doktoranturaya qəbul başlayacaq”
# 15 dekabr 2010 10:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “2010-2011-ci tədris ili üçün Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərdə doktoranturaya qəbul aparılacaq. Artıq qəbul planı hökumətə təqdim edilib. Hökumət bu planı təsdiqləyən kimi doktoranturaya qəbul başlayacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, nazirliyin tabeliyindəki bütün ali təhsil müəssisələrində doktoranturaya qəbul aparılmayacaq, yalnız xüsusi şəraiti olan məktəblərdə doktoranturaya qəbul həyata keçiriləcək.

M. Mərdanov onu da əlavə edib ki, Boloniya prosesinə qoşulmuş ali məktəblərdə tələbə lazımi bilikləri mənimsəyə bilməsə, onun təhsil müddəti uzana bilər. Amma bununla yanaşı, belə məktəblərdə tələbənin dərsə davamiyyəti də nəzərə alınır: “Orada da bununla bağlı məhdudiyyət var. Amma tələbə dərsə uzun müddət üzrsüz səbəbdən gəlmirsə, əlbəttə o, ali məktəbdə oxuya bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR