Bank Of Baku

Aşura günündə Azərbaycanda qanvermə aksiyaları keçiriləcək

Aşura günündə Azərbaycanda qanvermə aksiyaları keçiriləcək
# 15 dekabr 2010 12:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könülü qanvermə aksiyaları keçiriləcək. Nazirlikdən APA-ya verilən məlumata görə, aksiyalar dekabrın 16-da Bakı şəhərində «Mir-Mövsüm ağa», «Təzə pir», “Bibi-Heybət” «Qaraçuxur»,«Cümə», “Soltan-Əli” məscidlərində, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt məscidi, Gəncə İmamzadə məscidi, Lənkəran məscidi, Şirvan məscidi, Mingəçevir məscidi, Şəki məscidi, Bərdə məscidi, Quba məscidində könüllü olaraq keçiriləcək.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR