Bank Of Baku

BDU-da “Ekoloji problemlər: yaranma səbəbləri və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib

BDU-da “Ekoloji problemlər: yaranma səbəbləri və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib
# 15 dekabr 2010 12:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Ekoloji problemlər: yaranma səbəbləri və həll yolları” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov deyib ki, konfrans 2010-cu il “Ekologiya ili” çərçivəsində görülən işlərə töhfə vermək, real ekoloji durumu gənclərin gözü ilə qiymətləndirmək və bu sahənin gənclər tərəfindən daha çox araşdırma mövzusuna çevirmək məqsədi ilə keçirilir. Universitetin professorları Sevinc Hacıyeva “Qlobal ekoloji problemlər və kimya”, Şövqü Göyçaylı “Ekoloji problemlərin coğrafi aspektləri”, akademik Qara Mustafayev “Bioloji müxtəlifliyin qorunması problemləri və həlli yolları”, AMEA-nın Radiasiya Problemləri İnstitutunun professoru Rövşən Xəlilov isə “Canlı orqanizmlərdə maqnit nanohissəciklərin sintezi və radiasiyanın bu proseslərə təsiri” mövzularında çıxış ediblər.

“EKO-2010” Gənclər Koalisiyasının baş koordinatoru Ramiz Alıyev və universitetin tələbələrinin mövzu ilə bağlı məruzələri dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR