Bank Of Baku

Aşura günü ilə bağlı Gəncədə polis gücləndirilmiş iş rejiminə keçib

Aşura günü ilə bağlı Gəncədə polis gücləndirilmiş iş rejiminə keçib
# 15 dekabr 2010 12:59 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə Aşura günü ilə əlaqədar olaraq bu gün günorta saatlarından başlayaraq insanların İmamzadə Ziyarətgah Kompleksinə axını başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hər il olduğu kimi, bu il də ziyarətgahın həyətində və yaxınlığında ehsan verilməsi üçün onlarla çadır qurulub. Ziyarətgahda təmir işləri aparılsa da, bu, ziyarətə problem törətmir.

Gəncə şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis bu gündən başlayaraq, gücləndirilmiş iş rejiminə keçib. Polislər yollarda və İmamzadə Ziyarətgah Kompleksində hərəkəti tənzimləyir və ictimai asayişi qoruyurlar.

Dekabrın 16-da İmamzadə ziyarətgahına və məscidlərə üz tutan insanlara tibbi xidmətin göstərilməsi məqsədilə Gəncə şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. İmamzadə ərazisində tibbi briqadalar və sanitar maşınlar keşik çəkəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR