Bank Of Baku

Bakıda “Xaricdə Doktorantura Təhsili” adlı məlumat yarmarkası keçiriləcək

Bakıda “Xaricdə Doktorantura Təhsili” adlı məlumat yarmarkası keçiriləcək
# 15 dekabr 2010 14:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) dekabrın 19-da saat 13:00-dan 16:30-dək “Xaricdə Doktorantura Təhsili” adlı məlumat yarmarkası keçirəcək. Bu barədə APA-ya akademiyadan bildirilib. Məlumata görə, yarmarkada xaricdə təhsil alan azərbaycanlı fəlsəfə doktorları təhsil aldıqları universitetlər və onların doktorantura proqramlarını ictimaiyyətə təqdim edəcək və xaricdə doktorantura təhsili ilə maraqlanan iştirakçıların suallarını cavablandıracaqlar. Yarmarkanın sonunda Siyasi Elmlər, İqtisadiyyat və Hüquq sahələrində doktorantura proqramlarına həsr olunmuş sessiyalarda iştirakçılar bu proqramların qəbul şərtləri, ərizə prosedurları və hazırlıq üçün mövcud olan resurslar haqqında ətraflı məlumat alacaqlar.

Yarmarka ADA-nın - Şamil Əzizbəyov, 88 ünvanında yerləşən binasında keçiriləcək. Mərasim xaricdə doktorluq dərəcəsi almaqda maraqlı olan bütün Azərbaycan vətəndaşları üçün açıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR