Bank Of Baku

Balakəndə Qabaqçöl-Şərif yolu asfaltlaşdırılıb

Balakəndə Qabaqçöl-Şərif yolu asfaltlaşdırılıb
# 15 dekabr 2010 20:43 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda rayon daxili yolların abadlaşdırılması prosesi davam etdirilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, Balakənin Qabaqçöl qəsəbəsinin mərkəzi ilə Şərif kəndini birləşdirən yolun 3,5 kilometri, eni 6 metr olmaqla rayonun daxili imkanları hesabına əsaslı təmir edilərək asfaltlaşdırılıb. Yolun təmir və asfaltlaşdırması 51 Saylı Balakən Yol İstismarı İdarəsi (Yİİ) tərəfindən həyata keçirilib. Yeni abadlaşan yolun Sərif kənd sakinlərinin istifadəsinə verilməsi münasibətilə açılış mərasimi keçirilib. Mərasimdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, rayonun hüquq mühafizə orqan işçiləri, müvafiq təşkilat nümayəndələri və Şərif kənd sakinləri iştirak edib. Tədbirdə çıxış edən Balakən RİH-nin başçısı A. Məmmədov yeni salınan yolun istifadəyə verilməsi münasibəti ilə Şərif kənd sakinlərini təbrik edərək, rayonda aparılan tikinti quruculuq işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirdə o da vurğulanıb ki, bundan sonra da rayonun digər kənd yollarının abadlaşdırılması prosesi davam etdiriləcək.

Balakən RİH-dən verilən digər məlumata əsasən, Yevlax-Balakən-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsində açıq səma altında muzey yaradılır. Respublikamızın kənd yolları arasında ilk dəfə həyata keçirilən bu layihə çərçivəsində Katex kəndinin tarixi keçmişi, ərazidə aşkar edilən maddi-mədəniyyət nümunələri, eləcə də dağlıq və meşələrdə yaşayan heyvanat aləmi nümayiş etdirilir. Məlumatda bildirilir ki, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Katex kəndi bir sıra tarixi memarlıq abidələrilə zəngindir. Tarixi mənbələrdə bu kəndin adı Gədik kimi qeyd olunur və “Dağ ətəyi” mənasını verir. Ərazidə həmçinin 5-7 ci əsrlərə aid Qala divarları mövcuddur və bu günə kimi qurunub saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR