Bank Of Baku

“İRƏLİ” İctimai Birliyi XXV Dünya Qış Universiadasına təşkilatı dəstək göstərəcək

“İRƏLİ” İctimai Birliyi XXV Dünya Qış Universiadasına təşkilatı dəstək göstərəcək
# 16 dekabr 2010 08:01 (UTC +04:00)
Bakı-APA. XXV Dünya Universitetlərarası Qış İdman Oyunları 27 yanvar - 6 fevral tarixlərində Türkiyənin Ərzurum şəhərində keçiriləcək. Universiadaya 5 qitənin 57 ölkəsindən 3000 nəfərdən artıq idmançının qatılması gözlənilir. “İRƏLİ” İctimai Birliyi və Ərzurum “Sivil Toplum Dəstəkləmə Dərnəyi” arasında əldə olunan razılaşmaya əsasən “İRƏLİ” İctimai Birliyi bu tədbirin təşkil olunmasında öz dəstəyini göstərəcək.
“İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin APA-a verdiyi məlumata görə, bu məqsədlə təşkilatın fəallarından ibarət 20 nəfərlik nümayəndə heyətinin göstərilən müddətdə Ərzuruma səfəri planlaşdırılır. Müsabiqə əsasında seçilmiş nümayəndə heyətinin tərkibi müəyyən edilmiş və səfərə hazırlıq başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR