Bank Of Baku

Sumqayıtın Nəsimi parkında aparılan yenidənqurma işləri gələn ilin əvvəlində yekunlaşacaq

Sumqayıtın Nəsimi parkında aparılan yenidənqurma işləri gələn ilin əvvəlində yekunlaşacaq
# 16 dekabr 2010 08:37 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıtda Nəsimi adına mədəniyyət və istirahət parkında aparılan abadlıq və əsaslı yenidənqurma işləri davam etdirilir.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, park ərazisində yolların, keçidlərin genişləndirilərək asfalt örtükləri yenisi ilə əvəz olunur.

Ərazidə 9500 m2 sahəyə tamet döşəmə qoyulub. Parkın tam işıqlandırılması məqsədilə 2030 metr kabel xətlərinin keçidi üçün PVX markalı vinil şlanqlar basdırılıb. 3480 metr yeni kabel xətti artıq çəkilib, 58 ədəd müasir tipli dekorativ dirəklər basdırılıb. 116 ədəd yeni elektrik fənərləri və lampalar asılıb. Bundan əlavə, parkda oturacaqlar və zibil qutuları yenisi ilə əvəz edilir, yaşıllaşdırma işləri aparılır. Parkda aparılan əsaslı yenidənqurma işləri gələn ilin əvvəlində yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR