Bank Of Baku

Bakıda Plov Festivalı keçirilib - FOTO

Bakıda Plov Festivalı keçirilib - <font color=red>FOTO</font>
# 25 dekabr 2010 11:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Azərbaycan Dillər Universitetində plov festivalı keçirilib. APA-nın məlumatına görə, festival 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Tədbirdə universitetin rektoru Səməd Seyidov, professor-müəllim heyəti, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, digər elm və təhsil müəssisələri, dövlət qurumları və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

«Müxtəlif Avropa, Amerika, Asiya ölkələrindən gələn qonaqlar tez-tez bizim universitetdə olurlar. Bizdə təhsil alan tələbələri müxtəlif xarici dövlətlərin mədəniyyəti, eyni zamanda qonaqları zəngin Azərbaycan mədəniyyəti, o cümlədən dil, milli adət-ənənələr, geyim, milli mətbəxlə tanış edirik», - deyə S.Seyidov bildirib.

Tədbirin açılış mərasimində iştirakçılara Azərbaycan milli xörəyi olan plov haqqında tarixi arayış, həmçinin, onun növləri barədə məlumat verilib. Festivalda iştirak edən qonaqlara universitetin işçiləri tərəfindən hazırlanmış 55 növ plovdan dadmaq imkanı verilib, habelə onlar plovun hazırlanması texnologiyası haqqında məlumatlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR