Bank Of Baku

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üzrə futbol turnirinə yekun vurulub

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üzrə futbol turnirinə yekun vurulub
# 25 dekabr 2010 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üzrə futbol turnirinə yekun vurulub.

APA-nın məlumatına görə, Penitensiar Xidmətinin tabe qurumlarında yaradılmış «Baş İdarə», «Şəfa», «Dostluq», «Binə», «Qaradağ» və «Hərbçilər» komandalarının iştirak etdiyi yarışın finalında «Binə» ilə «Həbçilər» komandaları qarşılaşıb. Final görüşü «Hərbçilər»in qələbəsi ilə başa çatıb. Turnirin sonunda yarışın qalibləri və fərqlənən oyunçulara hədiyyələr təqdim edilib. Mükafatlandırma mərasimində Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov da iştirak edib.

Qeyd edək ki, turnirə dekabrın 18-də start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR