Bank Of Baku

Akademik Yəhya Məmmədova həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” adlı beynəlxalq konfransı keçirilib

Akademik Yəhya Məmmədova həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” adlı beynəlxalq konfransı keçirilib
# 27 dekabr 2010 11:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, dövlət mükafatı laureatı, BDU-nun sabiq rektoru Yəhya Məmmədovun anadan olmasının 80 illiyi münasibəti ilə “Yəhya Məmmədov auditoryası”nın açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, universitetdə, həmçinin Y. Məmmədova həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” adlı beynəlxalq konfransın plenar iclası keçirilib. BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Y. Məmmədov 1966-cı ildə fizika-riyaziyyat elmlər doktoru, 1967-ci ildə professor, 1981-ci ildə Azərbaycanın əməkdar elm xadimi, 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü olub. 0, 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olub. 1965-2000-ci illərdə Azərbaycan Dövlət Universitetində “Hesablama riyaziyyatı” kafedrasının müdiri, 1971-1987-ci illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinin elmi işləri üzrə prorektoru, 1987-1989-cu illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinin rektoru işləyib.

Daha sonra mexanika-riyaziyyat fakültəsinin dekanı Nizaməddin İsgəndərov “Görkəmli xadim, ictimai xadim” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda tədbir iştirakçıları Y. Məmmədovla bağlı xatirələrini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR