Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda hərbi hissədə əsgərlərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda hərbi hissədə əsgərlərlə görüşüb
# 27 dekabr 2010 14:28 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov - APA. Bu gün millət vəkili Qənirə Paşayeva Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Tovuz rayonunda Ermənistanla sərhəddə yerləşən hərbi hissədə əsgərlərlə görüşüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Fizuli Rzaquliyev, müavini Mübariz Quliyev, Respublika Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Hacı Rəfiqə Əsgərova, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Həvva Məmmədova və başqaları iştirak edib. Tədbirdə çıxış edənlər əsgərlərə bayramlar ərəfəsində xidmətlərində möhkəm olmağı tövsiyə ediblər. Qənirə Paşayeva bayram günlərində əsgərlərlə birlikdə olmağın çox vacib olduğunu bildirib: “Mən arzu edirəm ki, inşallah Ali Baş Komandanın başçılığı və hərbiçilərimizin iştirakı ilə torpaqlarımızı işğaldan azad edəcək və gələn il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili işğaldan azad torpaqlarımızda qeyd edəcəyik”.
Çıxışlardan sonra xidmətdə fərqlənən əsgərlərə və zabitlərə hədiyyələr təqdim edilib. Daha sonra tədbir konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR