Bank Of Baku

Abel Məhərrəmov: “Azərbaycanda elmi uğurlar yalnız Elmlər Akademiyasında deyil, həm də təhsil ocaqlarında baş verir”

Abel Məhərrəmov: “Azərbaycanda elmi uğurlar yalnız Elmlər Akademiyasında deyil, həm də təhsil ocaqlarında baş verir”
# 27 dekabr 2010 14:31 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Abel Məhərrəmov deyib.

“Təhsil haqqında” qanunun qəbulundan sonra “Elm haqqında” qanun layihəsinin qəbuluna da ehtiyac olduğunu deyən A. Məhərrəmovun sözlərinə görə, Azərbaycanda elmi uğurlar yalnız Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) deyil, həm də təhsil ocaqlarında baş verir. Rektor bildirib ki, hazırda Azərbaycandakı 1800 elmlər doktorunun yarısından çoxu ali təhsil ocaqlarında, yarısından azı isə AMEA-da işləyir: “Ona görə də “Elm haqqında” qanun layihəsi hazırlanarkən alimlər üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi məsələsini ümumiləşdirilmiş strateji planda həll etmək lazımdır. Həm AMEA-da, həm də təhsil ocaqlarında çalışan alimləri nəzərə almaq lazımdır. Amma bəzən bunların statusu bir-birindən fərqlənir. Ona görə də ümumiləşdirilmiş strateji plan göturmək, sonra isə onları bölmək lazımdır”.

A. Məhərrəmov bəyan edib ki, elmin inkişafını stimullaşdırmaq üçün dövlət tərəfindən çoxlu yanaşmalar var: “Artıq dövlətlər daha çox intellektual, elmi inkişaf səviyyəsinə görə sıralanırlar. Ona görə də dünyada elmin inkişafı sahəsində böyük yarış gedir. Azərbaycan da bu yarışın strategiyasını qəbul edir və müəyyən tədbirlər həyata keçirir. Artıq ölkə prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb. Çox xoş haldır ki, elmi inkişaf etdirmək üçün əvvəllər beynəlxalq qrant layihələri üzərində işləyirdik. İndi isə Azərbaycan dövlətinin öz qrant proqramları üzərində iş gedir. Bakı Dövlət Universiteti 2010-cu ildə 34 beynəlxalq proqram və qrant layihəsi üzərində işləyib”.

A. Məhərrəmov “Elm haqqında” qanun layihəsinin 2011-ci ilin əvvəlində Milli Məclisdə qəbul olunacağı qənaətində olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR