Bank Of Baku

Abel Məhərrəmov: ““Ali təhsil haqqında” qanun layihəsində yazılıb ki, rektor seçilə də, təyin oluna da bilər”

Abel Məhərrəmov: ““Ali təhsil haqqında” qanun layihəsində yazılıb ki, rektor seçilə də, təyin oluna da bilər”
# 27 dekabr 2010 14:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. ““Ali təhsil haqqında” qanun layihəsində ali məktəb rektorlarının təyinatı ilə bağlı yazılıb ki, rektor seçilə də, təyin oluna da bilər. “Təhsil haqqında” qanunda da belə yazılıb”. Bu sözləri APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, Azərbaycanın ali məktəb rektorları hələlik seçim əsasında deyil, təyinat yolu ilə müəyyənləşir: “Açıq deyim ki, bu yola üstünlük veririk”.

A. Məhərrəmovun sözlərinə görə, rektorların müəyyənləşdirilməsi zamanı hansı üsulun seçilməsi hüququ ali məktəblərin özlərinə verilməyib: “Bu məsələ müəyyən qurum – nazirlik tərəfindən həll edilir. Lazım gələrsə, məktəbin strukturundan asılı olaraq seçim aparıla bilər. Lazım gələrsə, təyinat yolu ilə ola bilər. Hələlik bu gün ali məktəblərdə rektorlar təyinat yolu ilə müəyyənləşdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR