Azərbaycan prezidenti İlham Əliyev: “2011-ci il idman sahəsində çox əlamətdar bir il olacaq”
Prezident qeyd edib ki, Azərbaycan dünyada idman dövləti kimi tanınır: “Azərbaycan Beynəlxalq Olimpiya hərəkatında çox fəal iştirak edir və biz böyük hörmətə malik olan ölkəyik. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilib. İl ərzində Bakıda dəfələrlə dünya, Avropa çempionatları, digər beynəlxalq yarışlar keçirilir və bizdə olan imkanlar bu yarışların yüksək səviyyədə təşkili üçün gözəl şərait yaradır. İdmanın inkişafı özünü müxtəlif istiqamətlərdə büruzə verir. Ancaq onların arasında ən vacib amil əlbəttə ki, medalların sayıdır. 2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanıblar. Onlardan 206-sı Olimpiya idman növləri üzrə qazanılmış medallardır. İdmançılarımız müxtəlif yarışlarda Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə ölkəmizi şərəflə təmsil ediblər və Azərbaycanın idman şöhrətini qaldırıblar. Mən çox şadam ki, gənc idmançılarımız yeniyetmələrin birinci Yay Olimpiya Oyunlarında çox böyük uğura nail olublar. 204 ölkə içində idmançılarımız 11-ci yeri tutublar və İslam ölkələri arasında birinci sıradadırlar. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idmanın inkişafı sistemli xarakter daşıyır. Gənc idmançıların uğurlu çıxışı bizə əsaslı ümid verir ki, bir neçə ildən sonra gənclərimiz ölkəmizi dünya çempionatlarında, Olimpiya Oyunlarında təmsil edəcəklər. Olimpiya Oyunlarında Azərbaycanın əldə etdiyi uğurlar bizim üçün idmanda, idman yarışlarında əsas vəzifədir. İdmanda qazanılmış qələbə ölkənin qələbəsi sayılır. Təsadüfi deyil ki, Olimpiya Oyunlarında və başqa yarışlarda ölkələr bir-biri ilə rəqabət aparırlar. Ona görə yeniyetmələrimizin dünya miqyasında böyük idman dövlətlərini geridə qoyub 11-ci yeri tutması tarixi hadisədir. Mən çox şadam ki, dünya idman ictimaiyyəti də bizdə idmanla bağlı gedən bu proseslərə çox böyük maraqla yanaşır, uğurlarımız artıq tanınır və qiymətləndirilir”.
İlham Əliyev bildirib ki, 2010-cu ildə bu uğurlarla bərabər, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ənənəvi olaraq vacib addımlar atılıb: “Bu il 4 olimpiya idman kompleksi istismara verilib. Göyçay, Ağdaş, Balakən və Horadiz şəhərlərində müasir idman kompleksləri istifadəyə verilib. Müşfiqabad qəsəbəsində idman-təlim mərkəzi istismara verilib. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi fəaliyyətini demək olar ki, daha da müasir keyfiyyətdə bərpa edib. Bildiyiniz kimi, Mingəçevir Olimpiya avarçəkmə bazası Sovet İttifaqında yaşamış idmançılara xidmət göstərirdi və o bazanın nadir iqlim şəraiti avarçəkmə ilə məşğul olanların hamısını ora cəlb edirdi. Uzun illər ərzində baza yararsız vəziyyətdə qalırdı və biz onun bərpası üçün müxtəlif imkanlar axtarırdıq, o cümlədən xarici maliyyə dəstəyini cəlb etməyə çalışırdıq. Ancaq nəticədə Azərbaycan dövləti avarçəkmə bazasını dövlət büdcəsi hesabına ən müasir səviyyədə təmir etdi, onu demək olar ki, yenidən qurdu. Orada çox gözəl mehmanxana, idman qurğuları, üzgüçülük hovuzu, trenajor zalları yaradılıb, gözəl park salınıb. Bu, nəinki avarçəkmə idman növünün inkişafı üçün, eyni zamanda, turizm obyekti kimi öz gözəlliyi və funksional tərəfi ilə fərqlənən beynəlxalq avarçəkmə bazasıdır. Əlbəttə ki, ilk növbədə idmançılarımız bu imkanlardan istifadə edirlər və etməlidirlər. Qeyd etməliyəm ki, bizim üçün ənənəvi olmayan bu idman növü üzrə də böyük uğurlarımız vardır. Bu baza başqa ölkələrin idmançıları üçün də öz imkanlarını təqdim edir. Bu, həm Mingəçevirin inkişafına böyük dəstək olacaq və investisiyaların cəlb olunmasına xidmət göstərəcək, həm də ki, regional beynəlxalq avarçəkmə bazasının tikintisi doğrudan da böyük hadisədir. 2011-ci ildə bu tikinti-quraşdırma işləri davam etdiriləcək. 11 olimpiya mərkəzinin tikintisi nəzərdə tutulur. Onların bir hissəsinin açılışı gələn il olacaq. Bu proqram ardıcıl şəkildə icra edilir”.
Prezident idmanın ictimai-siyasi həyatda mühüm rol oynadığını vurğulayıb. “İdman nailiyyətləri ölkəmiz haqqında dolğun məlumatın dünya ictimaiyyətinə çatdırılması üçün çox müsbət rol oynayır. Bəzi hallarda Azərbaycanla bağlı məlumatlar dünya mətbuatında ya həqiqəti əks etdirmir, ya da ki, qərəzli olur, təhrif edilmiş məlumatlar dərc edilir. Yəqin ki, ona görə də birinci dəfə Azərbaycana, Bakıya gələn hər bir qonaq Bakının gözəlliyini, şəhərimizdə, ölkəmizdə olan quruculuq işlərini görərkən təəccüb edir və bu təəccübü gizlədə bilmir. Azərbaycana nə qədər çox qonaq gəlsə, ölkəmiz haqqında dünyada o qədər də dəqiq məlumat mövcud olacaq. İdman yarışlarının keçirilməsi, əlbəttə ki, bu məqsədi də güdür. Digər tərəfdən, idmançılar, gənclər bir-biri ilə təmasda olurlar, görüşürlər. Bu, millətlərarası, sivilizasiyalararası münasibətlərə də müsbət təsir göstərir. Azərbaycan bu sahədə də dünya birliyinə öz dəyərli töhfəsini verir. Azərbaycanda yüksək dərəcəli dini və milli dözümlülük artıq dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, ölkəmizdə bu məsələ ilə bağlı çoxsaylı beynəlxalq tədbirlər keçirilir. İdman bütün bu işlərin aparılmasında mühüm rol oynayır və biz bunu Azərbaycanda çoxdan dərk etmişik. İdman sadəcə olaraq qazanılmış medalların sayı ilə ölçülməməlidir. İdman ictimai-siyasi həyatda mühüm amildir. Beynəlxalq münasibətlərdə idmanın rolu getdikcə artmaqdadır və biz bunu artıq gündəlik həyatda görürük”, deyə dövlət başçısı bəyan edib.
İlham Əliyev ölkəmizdə idmanın inkişafı perspektivlərinə də toxunub: “Mən inanıram ki, 2011-ci il bu gözəl ənənələrin davam etdirilməsi üçün uğurlu il olacaq, o cümlədən idman sahəsində. 2011-ci il 2012-ci ilin Yay Olimpiya Oyunlarının hazırlanması üçün həlledici il olacaq. Çoxsaylı lisenziya turnirləri keçiriləcək və Olimpiadaya hazırlıq dövrünün sonuncu ilidir. Əlbəttə, biz bu amili nəzərə almalıyıq. 2011-ci ildə səylərimizi daha da gücləndirməliyik. Halbuki 2009-cu il - Olimpiadadan sonrakı bir il bizim üçün nə qədər vacib idisə, 2011-ci il də o qədər vacibdir. Əlbəttə Olimpiya oyunları idman sahəsində müəyyən dövrün ən əsas hadisəsidir. Ancaq bununla bərabər, bütün idman qurumları gündəlik fəaliyyətlərində çalışırlar ki, biz qarşıya qoyulan məqsədə çataq.
2011-ci il idman sahəsində çox əlamətdar bir il olacaq. Çünki 2011-ci ildə Bakıda yeni, möhtəşəm, gözəl Olimpiya stadionunun təməl daşı qoyulmalıdır. Artıq layihə hazırdır, stadion üçün yer müəyyən edilib. Mən hesab edirəm ki, Azərbaycan kimi idman dövlətinin paytaxtı Bakı şəhəri üçün ən müasir texnoloji imkanlara malik olan yeni Olimpiya stadionu tikilməlidir”.
Sosial
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Xəbər Lenti
Venesuelada zəlzələ qurbanlarının sayı 2 645 nəfərə çatıb
Litva Prezidenti: Müdafiə xərclərini 5 faizə çatdırmayan ölkələr NATO-nun birliyini təhlükə altına qoya bilər
DÇ-2026: Misir 1/8 final mərhələsinə vəsiqə qazanıb
Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı ABŞ vətəndaşını əfv edib
Hemilton Britaniya Qran-prisinin sprint təsnifatının qalibi olub
Macarıstan Aİ-nin Ukrayna ilə növbəti danışıqlar mərhələsinə razılıq verib
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
Almaniyada 30 mindən çox "Mercedes-Benz" işçisi etiraz aksiyasına çıxıb
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib
Türkiyədən İraqa gedən avtobus qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Netanyahu Trampla ABŞ-da görüş barədə razılığa gəlib
Merz: Almaniya təhlükəsizlik məsələlərində daha çox məsuliyyət götürəcək
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları Kəlbəcərdə dəfn olunub - FOTO
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTO
Naxçıvan şəhərində yük avtomobili 2 piyadanı vurub
Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb - FOTO
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
KİV: NATO sammitində Ukraynaya 140 mlrd. avroluq hərbi yardım paketi ayrılacaq
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
ADY rəhbərliyi Rusiya və İranla əməkdaşlığı müzakirə edib, protokol imzalanıb
BMMT-nin Baş katibi Sudan XİN rəhbəri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Sabir Hacıyev: Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı olub
Bərdə-Ağdam-Xankəndi yolunda qəza olub, 5 nəfər xəsarət alıb- YENİLƏNİB
Almaniya Kansleri Trampa cavab verib
Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Son aylarda Naxçıvanın enerji tələbatı bərpaolunan mənbələr hesabına təmin edilib
Bakıda açıq sahədə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermə hüququnu məhdudlaşdıran qanun qəbul edilib
Coratda dənizdə nəzarətsiz ərazidə batan bir nəfər xilas edilib, digərinin meyiti tapılıb
Rusiya Kiyevdə Avropa Parlamenti əməkdaşlarının və Avstriya səfirinin qaldığı oteli vurub
Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Sosial şəbəkələrdən istifadə ilə bağlı dəyişikliklər: Qadağa deyil, qorunma mexanizmi – TƏHLİL
Kütləvi məzarlıqlara dair etiraf: ICMP Baş direktoru Azərbaycanın illərdir səsləndirdiyi həqiqətləri təsdiqləyir - ŞƏRH
Tusk Polşa-Ukrayna münasibətlərindəki gərginliyə görə Zelenskini ittiham edib
“Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” qəbul edilib
Aİ Navalnının ölümünə görə 6 rusiyalı tədqiqatçıya sanksiya tətbiq edib
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib
Türkiyə generalı Azərbaycan HDQ-də olub
“New York Times”: ABŞ İsraili İranın danışıqlar heyətinə qarşı sui-qəsd fikrindən daşındırıb
KİV: Heqset ABŞ-ın Avropadakı qoşunlarının sayını azaltmağı planlaşdırıb, Rubio mane olub