Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının aşağı salınması təklifi ilə çıxış edib

Azərbaycan Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının aşağı salınması təklifi ilə çıxış edib
# 28 dekabr 2010 08:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib: “Məsələn, Mingəçevirdə də, Bakıda da texniki universitet var. Mingəçevirdəki Texniki Universitetdə qəbul üçün balların aşağı salınması lazımdır. Amma bu təklifin qəbul edilib-edilməyəcəyi barədə hələ ki, nə isə deyə bilmərəm”.

M. Mərdanov ali məktəblərin ödənişli ixtisaslarına qəbul olunan məcburi köçkün tələbələrin ödənişdən azad olunduqlarını xatırladaraq “biz istəyirik ki, bunun üçün büdcədə kompensasiya nəzərdə tutulsun” deyib.

Nazir, həmçinin 2011-ci ildə tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürüləcəyini, bu işə ilk olaraq Bakı Dövlət Universitetinin yataqxanalarından başlanacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR