Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 835 nəfər dövlət qulluğuna qəbul olunub

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 835 nəfər dövlət qulluğuna qəbul olunub
# 28 dekabr 2010 08:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. İndiyədək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna işə qəbul üçün 9 müsabiqə keçirilib. APA-nın məlumatına görə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kadr siyasəti şöbəsinin müdir müavini Rauf Məcidbəyli bildirib ki, bu müsabiqələrdə 4164 vakant iş yeri təqdim olunub. Müsabiqələrdə 18 405 namizəd iştirak edib. Müsabiqənin test mərhələsindən 4358 nəfər, müsahibə mərhələsindən 1146 nəfər keçib. Onlardan 835-i dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışır.

R. Məcidbəyli deyib ki, indiyədək 300 namizəd ehtiyat kadr siyahısında qeydə alınıb. Onların 92-si müxtəlif vəzifələrə təyin edilib, 13 namizəd isə müxtəlif səbəblərdən ehtiyat kadr siyahısından çıxarılıb. Hazırda ehtiyat kadr siyahısında 195 namizəd var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR