Bank Of Baku

Azərbaycanda gələn ildən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə başlanacaq

Azərbaycanda gələn ildən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə başlanacaq
# 28 dekabr 2010 08:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Komissiyasının Kadr siyasəti şöbəsinin müdir müavini Rauf Məcidbəyli deyib. Bununla bağlı artıq dövlət qulluğu haqqında qanuna əlavələr edildiyini bildirən komissiya təmsilçisi deyib ki, bu prosesin əsas məqsədi dövlət qulluqçularının peşəkarlıq fəaliyyətini inkişaf etdirməkdir: “Qiymətləndirmə dörd meyarla həyata keçiriləcək. Burada əsasən təqvim ili ərzində işçinin peşəkarlıq fəaliyyəti qiymətləndiriləcək. Qiymətləndirməni işçinin rəhbəri edəcək. Hazırda bizdə attestasiya sistemi də var. Hər iki sistem qanunvericilikdə mövcud olduğu üçün qiymətləndirmənin nəticələrini Attestasiya Komissiyası nəzərə alacaq. Fəaliyyəti yüksək qiymətləndirilən işçinin maddi cəhətdən həvəsləndirilməsi üçün biz bir sıra dövlət proqramlarına təklif kimi nəzərə tutmuşuq ki, belə işçilərin əməyinin ödənilməsinə xüsusi dəyişiklik edilsin. Onlara vəzifə maaşlarından başqa əlavə mükafatlar da verilsin. Bu məsələlərin qanunvericiliyə gətirilməsi ilə bağlı təkliflər təsdiqlənəndən sonra biz bunu qanunvericilikdə əsaslandırılmasını hazırlayıb təqdim edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR