Bank Of Baku

Samux rayonunda taxıl və yonca sahələri gəmiricilərin hücumuna məruz qalıb

Samux rayonunda taxıl və yonca sahələri gəmiricilərin hücumuna məruz qalıb
# 28 dekabr 2010 09:20 (UTC +04:00)
Samux. Ayxan Hüseynov - APA. Samux rayonunun Qarabağlılar və başqa kəndlərində taxıl və yonca sahələri gəmiricilərin hücumuna məruz qalıb. Qarabağlılar kəndinin fermerlərinin APA-nın qərb bürosuna verdikləri məlumata görə, havalar isti keçdiyindən sahələrdə siçanların sayı sürətlə artıb. Tez-tez bala verən bu gəmiricilər əkilən taxıl və yoncanın təxminən 30 faizini məhv ediblər. 1 kvadratmetr ərazidə 12 yuvanın olması gəmiricilərin hansı sürətlə məhsulu məhv etməsinin göstərir. Havalar isti keçdiyindən gəmiricilərə qarşı sahələrə səpilmiş dərmanların təsiri az olur.
Samux rayon Bitki Mühafizə Mərkəzindən APA-ya bildirilib ki, artıq bu sahədə kimyəvi mübarizəyə başlanılıb. Mərkəz tərəfindən xüsusi olaraq hazırlanan kimyəvi dərmanlar yerli sahibkarlara paylanılıb.
Qeyd edək ki, Bitki Mühafizə Mərkəzi maarifləndirmə işləri apararaq sahibkarlara dərmanlanan sahələrdə mal-heyvan otarılmaması üçün xəbərdarlıq yazıları və bukletlər paylayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR