Bank Of Baku

Uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilmiş müsabiqənin qalibləri elan olunub

Uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilmiş müsabiqənin qalibləri elan olunub
# 28 dekabr 2010 10:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Təhsil Nazirliyində uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilmiş respublika müsabiqəsinin qalibləri elan olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, 2010-cu ildə Gəncə, Mingəçevir və Şamaxıda şahmat məktəbləri üçün binalar tikilərək istifadəyə verilib. Quba və Xaçmazda isə məktəblərin binaları istifadəyə hazırdır. Hazırda Ağcabədi və Ucar rayonlarında da tikinti işləri aparılır.

Bu il Azərbaycan məktəblilərinin şahmat üzrə Avropa və dünya birinciliklərində 15 medal qazandığını deyən nazir, ümumilikdə 2010-cu ildə yeniyetmələrin müxtəlif idman növləri üzrə respublika və dünya əhəmiyyətli yarışlarda 1880 medal qazandığını vurğulayıb.

Daha sonra 2010-cu ilin yekunlarına əsasən 12 nominasiya üzrə seçilmiş uşaq-gənclər və şahmat məktəbləri, idmançılar və məşqçi-müəllimlər mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR