Bank Of Baku

Misir Mərdanov: “2010-cu il Azərbaycanda təhsil sahəsində ən uğurlu illərdən biri kimi tarixə düşüb”

Misir Mərdanov: “2010-cu il Azərbaycanda təhsil sahəsində ən uğurlu illərdən biri kimi tarixə düşüb”
# 28 dekabr 2010 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın təhsil sistemi üçün 2010-cu il uğurlu keçib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, Təhsil Nazirliyi fəaliyyətini mövcud proqramlar əsasında qurub və növbəti illərdə də dövlət proqramlarında nəzərdə tutulan tədbirlər yerinə yetiriləcək: “Bu, o demək deyil ki, nəzərdə tutduğumuz işlərin hamısını istədiyimiz səviyyədə başa çatdıra bilmişik. Əlbəttə, başa çatmayan, başa çatdırılması mümkün olmayan məsələlər də var. Amma bütövlükdə düşünürəm ki, 2010-cu il Azərbaycanda təhsil sahəsində ən uğurlu illərdən biri kimi tarixə düşüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR