Bank Of Baku

AMEA Geologiya İnstitutu 2010-cu ilə dair hesabatını açıqlayıb

AMEA Geologiya İnstitutu 2010-cu ilə dair hesabatını açıqlayıb
# 28 dekabr 2010 11:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu il ərzində Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda aparılmış tədqiqatlar əsasən çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması istiqamətində olub. İnstitutun mətbuat xidmətindən APA-ya bildirilib ki, bu barədə bu gün keçirilən 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat tədbirində Geologiya İnstitutunun direktoru Akif Əlizadə məlumat verib. O xatırladıb ki, başa vurulan ildə Geologiya İnstitutu tibbi geologiya istiqamətində də tədqiqatlar apararaq bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhhətinə təsirini öyrənib. Geologiya İnstitutunun alimləri 2010-cu ildə Avropa Şurası, Ukrayna Elmi-Texniki Mərkəzi və Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fonduna 6 layihə təqdim ediblər. Həmin layihələrdən üçü qrant dəstəyi alıb. Bu il institutda 4 mühüm elmi nəticə əldə edilib, 10 dissertant təhsil alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR