Bank Of Baku

Məhkumların şeir kitabının təqdimatı keçirilib

Məhkumların şeir kitabının təqdimatı keçirilib
# 28 dekabr 2010 11:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Məhkumların şeirlərindən ibarət “Zaman – ömürdür keçər” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov deyib ki, bu, məhkumların şeirlərindən ibarət ikinci kitabdır. O bildirib ki, məhkumların cəzaçəkmə müəssisələrində islah olunması, asudə vaxtlarının səmərəli təşkili üçün dövlətin xüsusi proqramı əsasında lazımi addımlar atılır. Məhkumların şeir kitabının nəşri də bu tədbirlər çərçivəsində həyata keçirilib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova kitabın nəşrini azadlıqda olmayan insanların yaradıcılığına, yaşayıb-yaratmaq istəyinə verilən qiymət kimi dəyərləndirib: “Bu, Azərbaycan dövlətinin vətəndaşına verdiyi qiymətdir və dövlətin ümumi siyasətinin tərkib hissəsidir”. R. Aslanova Azərbaycanda istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin müasirləşməsi məqsədilə aparılan islahatlara da toxunub.

Milli Məclisin deputatı Elmira Axundova, xalq şairi Zəlimxan Yaqub da kitabın nəşrini müsbət qiymətləndiriblər.

Tədbir çərçivəsində məhkumların əl işlərindən ibarət sərgi də keçirilib. Qeyd olunub ki, şeirlərin müəllifləri olan bir qrup məhkuma qısamüddətli məzuniyyət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR