Bank Of Baku

Akademik Cəmil Quliyevlə vida mərasimi keçirilib - FOTOSESSİYA

Akademik Cəmil Quliyevlə vida mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 dekabr 2010 12:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 27-də 83 yaşında vəfat edən Azərbaycanın görkəmli tarixçi alimi, akademik Cəmil Quliyevlə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Ensiklopediyasının binasında keçirilən vida mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycan elminə ağır itki üz verdiyini deyib. M. Kərimov C. Quliyevin Azərbaycan elminə xidmətlərindən danışıb və onun həyat yoluna nəzər salıb.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə Cəmil Quliyevin mərd insan olduğunu və heç bir çətinlikdən qorxmadığını bildirib: “Onun Azərbaycan elmi üçün xidmətlləri danılmazdır. Bu gün hər birimiz onunla son dəfə görüşürük. Cəmil Quliyev insanlığı ilə də hər zaman öndə olmağı bacarıb. Bu gün tək Azərbaycan elmi üçün deyil, bütün xalqımız üçün ağır bir gündür”.

Vida mərasimi başa çatdıqdan sonra mərhum II Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, Cəmil Bahadur oğlu Quliyev 1927-ci ildə Şuşa şəhərində anadan olub. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 100-dən çox elmi əsəri nəşr olunub. Bakı Dövlət Universitetinin müəllimi, professoru (1952-1972), rektoru (1989-1990), Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini (1958-1972), Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru (eyni zamanda Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru və EA-nın vitse-prezidenti vəzifəsini icra edən - 1972-1978), Azərbaycan SSR EA-nın vitse-prezidenti (1981-1990), AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1997-2001), “Naxçıvan Ensiklopediyası”nın redaktoru (1999-2002), AMEA-nın Rəyasət Heyətinin üzvü (2001-2007) olub. 1972-ci ildə EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Tarix elmləri doktoru, professor, dövlət mükafatı laureatı (1974), əməkdar elm xadimi (1979) idi. "Şöhrət" ordeni ilə təltif edilib (2000).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR