Bank Of Baku

Azərbaycanın “Ekoloji Atlas”ı nəşr olunub

Azərbaycanın “Ekoloji Atlas”ı nəşr olunub
# 28 dekabr 2010 12:27 (UTC +04:00)
Atlas 176 səhifədən ibarətdir və əvvəlkilərdən fərqli olaraq Azərbaycan və xarici ölkələrin çoxsaylı əhalisinin maraqlarını nəzərə alaraq İngilis dillərində, vahid xətitəçilik əsəri kimi nəşr olunub. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində hazırlanıb və çap edilib.

“Ekoloji sistemlərin kosmosla qarşılıqlı təsiri və Yer-Kosmos-Vahid Ekosistem” başlığı ilə başlayan atlasda 11 bölmə var: Atmosfer, Hidrosfer, Litosfer, Torpaqlar, Biosfer, Landşaftlar, Bitki örtüyü, Heyvanlar aləmi, Təbii fəlakət, Cəmiyyətin ekologiyası, Azərbaycan ekologiyasının hüquqi əsasları.

Atlasda 150-dən artıq xəritə verilib. Xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəsini asanlaşdırmaq üçün izahedici mətnlərdən, cədvəllərdən, qrafik və diaqramlardan istifadə olunub. Azərbaycan üzrə xəritələr 1:500 000 miqyasında tərtib edilib. Mövcud xəritələrin məzmununu təşkil edən bu və ya digər proseslər rəngli şəkildə verilib. Buradakı xəritələrin əksəriyyəti elmi yenilikli məzmununa görə fərqlənir.

Atlasda? həmçinin Azərbaycanın “Qırmızı kitab”ına düşən heyvanlar, ağac və kollar haqqında olan illüstriasiyalı məlumatlar da yer alıb. Sonda isə Tibbi-Ekoloji vəziyyətin atlası, Azərbaycan ekologiyasının hüquqi əsasları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR