Bank Of Baku

Nazirlər Kabineti “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qərarlarına əlavə və dəyişiklik edib

Nazirlər Kabineti “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qərarlarına əlavə və dəyişiklik edib
# 28 dekabr 2010 13:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının müdafiə, daxili işlər, ədliyyə, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” qərarına etdiyi əlavəyə əsasən bundan sonra Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəli əməkdaşları da müəyyən edilmiş normada ərzaq payı və pul vəsaiti ilə təmin olunacaq.

Bundan başqa, Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında”, “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında”, “Hərbi qulluqçuların dövlətə vurduğu ziyana görə maddi məsuliyyət haqqında” qərarları, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”, “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə” və digər hüquqi aktları da Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına şamil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR