Bank Of Baku

Qəbələdə Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

Qəbələdə Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
# 28 dekabr 2010 14:10 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Qəbələ rayonunun Vəndam və Kiçik Pirəli kəndlərində Qarabağ müharibəsi əlilləri üçün inşa edilən iki fərdi yaşayış evi dekabrın 28-də sahiblərinə təqdim olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə II qrup Qarabağ müharibəsi əlili Yavər Abdullayev və Vüqar Əzəmmədov üçün inşa edilən ikiotaqlı mənzillər lazımi invertar və avadanlıqla, daimi elektrik enerjisi və içməli su ilə təchiz edilib, otaqlarda qızdırıcı sistem quraşdırılıb, evin həyətyanı sahəsi abadlaşdırılıb. Əlillərə ƏƏSMN-in rayon mərkəzi tərəfindən xalça da hədiyyə olunub.

Evlərin təqdimatında ƏƏSMN-in yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR