Bank Of Baku

Azərbaycanda 3500-dən artıq əlil və şəhid ailəsi mənzillə təmin olunub

Azərbaycanda 3500-dən artıq əlil və şəhid ailəsi mənzillə təmin olunub
# 28 dekabr 2010 15:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İndiyədək Azərbaycanda 3500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu ilin sonuna kimi 715 mənzilin, o cümlədən 200 fərdi evin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur. Hazırda daha 3 çoxmərtəbəli bina əlil və şəhid ailələrinə təqdim olunur.
Nazirlikdən o da bildirilib ki, indiyədək ümumilikdə 2940 ədəd minik avtomobili müharibə əlillərinə verilib. Hazırda ƏƏSMN-in əlillər üçün 14 regional bərpa mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə cari ildə 7 mindən çox insan bərpa müalicəsi alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR