Bank Of Baku

Balakəndə Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evləri tikilib

Balakəndə Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evləri tikilib
# 28 dekabr 2010 16:48 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakəndə Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evləri tikilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon icra hakimiyyəti aparatından məlumat verilib. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi əsasında Qarabağ müharibəsi əlilləri üçün rayonun Kor Tala və İti Tala kəndlərində hər birinin ümüumi sahəsi 81 kvadratmetr olan, iki otaqlı 4 fərdi yaşayış evi tikilib. Tikintisinə carı ilin avqust ayında başlanılmış evlər ən qısa müddətdə tikilərək bu gün Qarabağ müharibəsi əlillərinin ixtiyarına verilib. Bu münasibətlə rayonun Kor Tala və İti Tala kəndlərində açılış mərasimləri keçirilib. Tədbirdə ƏƏSMN-i yanında Baş Məşğulluq İdarəsinin rəis müavini Xaliq İlyasov, Balakən RİH-nin və müvafiq təşkilatların nümayəndələri, yeni mənzil alan Qarabağ müharibəsi əlilləri, Kor Tala və İti Tala kənd sakinləri iştirak edib. Yeni evlə təmin edilən Qarabağ əlilləri tədbirdə çıxış edərək dövlətin onlara göstərdiyi qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər. Balakən RİH-dən APA-ya bildirilib ki, rayonun Mahmalar kəndində daha bir Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evinin tikintisi aparılır. ƏƏSMN-nin layihəsi çərçivəsində Balakən rayonunda ümumilikdə 10 fərdi yaşayış evi, bir 36 mənzilli yaşayış binası və bir 8 mənzilli yaşayış binası tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin ixtiyarına verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR