Bank Of Baku

Ombudsmanın işgəncələr əleyhinə qrupunun üzvləri polis bölmələrinə və təcridxanalara baxış keçiriblər

Ombudsmanın işgəncələr əleyhinə qrupunun üzvləri polis bölmələrinə və təcridxanalara baxış keçiriblər
# 28 dekabr 2010 16:45 (UTC +04:00)
Bakı – APA. İşgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri V. Məhərrəmov və V. Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına, həmin idarənin 1, 2, 3 və 4-cü polis bölmələrinə, habelə Abşeron Rayon Polis Şöbəsinin təcridxanasına baxış keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, qrup üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, saxlanılan şəxslər və inzibati qaydada həbs olunanlarla söhbət apararaq onlara hüquqlarını izah ediblər.

Baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, saxlanılan şəxslərdən birinə lazımi tibbi yardımın göstərilmədiyi, habelə evlərindən gətirilmiş yeməklərin saxlanılan şəxslərə verilmədiyi müəyyənləşdirilib. Həmin məsələlər Daxili İşlər Nazirliyi ilə araşdırılacaq.

Saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı həmin müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR