Bank Of Baku

2010-cu ildə Azərbaycan Tibb Universiteti məzunlarının 80%-nin təyinatı bölgələrə verilib

2010-cu ildə Azərbaycan Tibb Universiteti məzunlarının 80%-nin təyinatı bölgələrə verilib
# 29 dekabr 2010 08:23 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu nazirliyin 2010-cu il ərzində görülmüş işlərə dair geniş kollegiya iclasında Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Soltan Əliyev deyib. O qeyd edib ki, cari il ərzində SN tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işlərinin aparılıb. Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrasına 5 il ərzində 200 milyon manata yaxın büdcə vəsaiti sərf olunub.

S. Əliyev deyib ki, hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşıb, ölüm hallarının sayı azalıb. Ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artıb. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalıb.

Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 21 mərkəzdə 1500-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir. Digər 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək.

Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində xəstələnmə səviyyəsi stabilləşib və cari ildə keçən illə müqayisədə 35% azalıb.

S. Əliyevin sözlərinə görə, tibb işçilərinin sertifikasiyası üçün hazırlıq işləri başa çatdırılıb. Gələn ilin əvvəlindən sertifikasiya prosesi başlanacaq. Gələn ildən həm də rezidentura sisteminə keçid planlaşdırılır.

Nazirlik rəsmisi deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin 61-ci sessiyası 2011-ci ildə Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR