Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu gələn il sığorta-pensiya islahatlarını davam etdirəcək

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu gələn il sığorta-pensiya islahatlarını davam etdirəcək
# 29 dekabr 2010 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasətini davam etdirəcək.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,2%-i səviyyəsində və ya 1 916,98 mln. manat həcmində proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulmuş proqnozu 2010-cu ilə nisbətən 200 mln. manat və ya 11,7% çoxdur.

Gələn il əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1 852,4 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4% və ya 189,9 mln. manat çoxdur. Əmək pensiyalarının baza hissəsi üzrə xərclərin proqnozu əlavələrlə birgə 1 317,13 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 12,8% və ya 149,6 mln. manat çoxdur. Pensiyanın sığorta hissəsinin əmək pensiyalarının ödənişi xərclərində xüsusi çəkisi 2011-ci ildə 29% təşkil edəcək.

Bundan başqa, 2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilin təsdiq olunmuş proqnoza nisbətən 18,7% və 10,2 mln. manat çoxdur.

Gələn il «2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq islahat tədbirləri davam etdiriləcək. Bura sığorta-pensiya sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi, dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, DSMF-nin aparatı və yerli orqanları arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulmasının başa çatdırılması, Fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə KİV-dən istifadə olunmaqla müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm vəzifələr daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR