Bank Of Baku

"Zəngi" liseyində "Ana təbiəti qoruyaq" mövzusunda tədbir keçirilib - FOTO

"Zəngi" liseyində "Ana təbiəti qoruyaq" mövzusunda tədbir keçirilib - <font color=red>FOTO</font>
# 29 dekabr 2010 09:28 (UTC +04:00)
Bakı-APA. Bakının Nizami rayonundakı “Zəngi” liseyində "Ana təbiəti qoruyaq" mövzusunda növbəti tədbir keçirilib. Liseydən APA-ya verilən xəbərə görə, tədbirdə bu sahədə il ərzində görülən işlərə yekun vurulub. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bayram Heydərov dövlət başçısı İlham Əliyevin "Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su - bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir" fikrini xatırladaraq bildirib ki, sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq gərəkdir.
"Zəngi" liseyi Valideyn-Müəllim Assosiasiyasının rəhbəri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönəldilən tədbirləri dəstəkləməli, səylərini daha da artırmalıdırlar.
Tədbirin sonunda təbiəti qorumaqda fəal şagirdlər məktəbin və Valideyn Müəllim Assosiasiyasının diplomları ilə təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR