Bank Of Baku

Azərbaycanda uşaq və ailələrə dəstək üzrə 9 mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhvil verilib - FOTO

Azərbaycanda uşaq və ailələrə dəstək üzrə 9 mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhvil verilib - <font color=red>FOTO</font>
# 29 dekabr 2010 11:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Uşaqların xilası” (Save the shildren) təşkilatı arasında sazış imzalanıb. APA-nın məlumatına görə, imzalanan sazişə əsasən uşaq və ailələrə dəstək üzrə 9 mərkəz dövlət komitəsinə təhvil verilib. Sənədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və “Save the children” təşkilatının ölkə koordinatoru Ceff Cakomini imza atıblar.

“Dünya təcrübəsi göstərir ki, belə mərkəzlər uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin səmərəsini artırır. Bu mərkəzlərdə onlar gələcək həyata hazırlanır, uşaqların həyata münasibəti formalaşdırılır, onların bacarıqları inkişaf etdirilir, uşaqlara və ailələrinə sosial xidmətlər göstərilir”, deyə H. Hüseynova imzalanma mərasimindəki çıxışında bildirib.

Mərasimdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq də iştirak edib. O, mərkəzlərin dövlətə təhvilini ABŞ-Azərbaycan münasibətlərinin, habelə hökumət və vətəndaş cəmiyyəti arasındakı münasibətlərin möhkəmliyinin təzahürü kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Save the children”in iştirakı ilə “Uşaqların xilası” təşkilatına verdiyi maliyyə dəstəyi ölkədə 12 icma əsaslı uşaq və ailələrə dəstək mərkəzləri yaratmağa kömək edib. Mərkəzlərdən 3-ü Azərbaycan dövlətinə 2008-ci ildə, qalan 9-u isə bu gün təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR