Bank Of Baku

Milli Məclisin komitə sədri: “Azərbaycanda qiyabi təhsil ən az 5 ildən sonra distant təhsillə əvəzlənə bilər”

Milli Məclisin komitə sədri: “Azərbaycanda qiyabi təhsil ən az 5 ildən sonra distant təhsillə əvəzlənə bilər”
# 29 dekabr 2010 11:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanunda da distant və qiyabi təhsil formaları təhsil alma formaları kimi qəbul edilib: “Bunu heç kim ləğv edə bilməz. Amma söhbət ondan gedir ki, postsovet məkanına daxil olan ölkələr istisna olmaqla, dünyanın heç bir ölkəsində qiyabi təhsil təhsil alma forması kimi mövcud deyil. Distant və bir qədər təkmilləşdirilmiş “on-line” sistemində olan təhsil var. Yəqin dünyada gedən proseslər Azərbaycanda da olacaq. Çünki Azərbaycan Avropa təhsil sisteminə inteqrasiyasa edir”.

Ş. Haçıyev qiyabi təhsilin ləğvinin labüd olduğunu da söyləyib. Amma o, bunun nə vaxt baş verəcəyini açıqlamayıb: “Qiyabi təhsilin distant təhsillə əvəzlənməsi həyatın tələbidir. Bu, olacaq. Amma bu gün ola bilməz. Heç iki ildən sonra da ola bilməz. Bu proses ən az 5 ildən sonra ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR